LiuGong (LiuGong Machinery Co, Ltd.) şirkəti 65 il əvvəl — 1958-ci ildə təsis edilib. 1966-cı ildə isə LiuGong markası altında Çində ilk müasirləşdirilmiş təkərli yükləyici — Z435 istehsal olunub. 2000-ci illərdən etibarən qloballaşma prosesi başlayıb və Çin Xalq Respublikasından kənarda nümayəndəliklər açılıb. İllər keçdikcə LiuGong-un istehsal həcmi və məşhurluğu durmadan artıb. 2018-ci ildə — 60 illik yubileyi zamanı — şirkət 400 000-ci ön yükləyicini istehsal edib. Bu gün LiuGong, "Yellow Table 2021" məlumatına əsasən, tikinti avadanlıqları sahəsində dünyanın aparıcı istehsalçıları arasında 15-ci yeri tutur. Şirkətin 30-dan çox xarici nümayəndəliyi, 300-dən artıq dileri və dünyada 17 000-dən çox əməkdaşı var. LiuGong inkişafını davam etdirir.
© İntertek. Bütün hüquqlar qorunur.